Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: “Ailə məhv oldu”

Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: “Ailə məhv oldu”






presstv

"Presstv"az #Ailə, #Audi, #Avto, #Biləsuvar, #Hadisə, #Lexus, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabrın 7-də Biləsuvar rayonunun Zəhmətabad kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində bir ailənin üzvləri də daxil olmaqla ümumilikdə beş nəfər həyatını itirib.

Rayon sakini, 22 yaşlı Vasif Həsənlinin idarə etdiyi “Lexus” markalı avtomobil idarəetməni itirib və su kanalına düşüb.

Qəza nəticəsində sürücü ilə yanaşı, sərnişinlər – 24 yaşlı Rusif Həsənli, 35 yaşlı İldırım Həsənli, 25 yaşlı Məhəmməd Məmmədli və 18 yaşlı Əliqardaş Rəsulzadə hadisə yerində həlak olublar.

Olay kənddə böyük sarsıntı yaradıb. Mərhum İldırım Həsənlinin atası İlqar Həsənov yaşadıqları faciəni belə təsvir edib:

“Ölənlərdən ikisi qardaşım balalarıdır. Digəri də qonşumdur. Ağır dərddir. Ailə məhv oldu, bircə nəvəsi qalıb. İldırım mənim oğlum idi, 35 yaşı vardı. Deyirlər, maşını 150 km/saat sürətlə idarə ediblər. İdarəetməni itirib və nəticə bu olub”.

Həlak olanlardan biri – 25 yaşlı Məhəmməd Məmmədlinin atası Vidadi Məmmədov isə bu sözləri deyib:

“Hamısı mənim balalarımdır. Bizim ailə üçün böyük faciədir. Qonşunun iki oğlu və mənim oğlum – üçü də dost idilər. Üçü də bir yerdə dəfn olundular”.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv