Beş minədək vergi ödəyicisinə ünvanlı xidmət göstərilib

Beş minədək vergi ödəyicisinə ünvanlı xidmət göstərilib






presstv

"Presstv"az #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-noyabr ayları ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 534 min 723 müraciət qəbul edilib. Bu müraciətlər üzrə 852 min 716 xidmət göstərilib, onlardan 301 mindən çoxu şifahi, 188 mindən çoxu isə elektron xidmətlər olub.

presstvaz Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ən çox göstərilən 9 xidmət isə ümumi xidmətlərin 89.5 faizini təşkil edib. Bu xidmətlərə bəyannamə və cari vergi ödənişləri üzrə arayışların verilməsi, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması və bərpası, Asan İmza sertifikatlarının verilməsi, uçot məlumatlarının dəyişdirilməsi, arayışların təqdim edilməsi, fiziki şəxslərin uçota alınması və çıxarılması, eləcə də təsərrüfat subyektlərinin uçota alınması daxildir.

Yanvar-noyabr ayları ərzində vergi ödəyicilərindən daxil olmuş 30.5 mindən çox yazılı müraciət cavablandırılıb, 20.6 milyona yaxın bildiriş göndərilib. Dövr ərzində 3 764 vergi ödəyicisinin iştirakı ilə 354 görüş keçirilib və 4 953 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinə preventiv məlumatlandırma məqsədilə onların mobil nömrələrinə 3 milyard 756 milyon SMS göndərilib.

Eyni dövrdə 306 min 901 müraciət üzrə 470 min 798 “Asan İmza” sertifikatı verilib.

Beş minədək vergi ödəyicisinə ünvanlı xidmət göstərilib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv