“Ayaks” “Qarabağ”la oyundan əvvəl “Neftçi”nin bazasına gedəcək

“Ayaks” “Qarabağ”la oyundan əvvəl “Neftçi”nin bazasına gedəcək






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Futbol, #Mətbuat konfransı, #Neftçi, #Niderland, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

presstvaz xəbər verir ki, bu barədə “Qarabağ” klubu məlumat yayıb.

Bildirilib ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı dekabrın 9-u saat 17:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:15-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.

“Ayaks”ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) 14:00-da “Neftçi” Futbol Mərkəzində, mətbuat konfransı isə 16:15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” – “Ayaks” qarşılaşması dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:45-də start götürəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv