İlon Maskın şirkəti mobil rabitə bazarına çıxır

İlon Maskın şirkəti mobil rabitə bazarına çıxır






presstv

"Presstv"az #Audi, #Dollar, #İlon Mask

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerikalı sahibkar İlon Maskın “SpaceX” kosmik şirkəti mobil rabitə bazarına çıxmaq üçün “Starlink Mobile” ticarət markasının qeydiyyatı üçün müraciət edib.

presstvaz “PhoneArena”ya istinadən xəbər verir ki, şirkət mobil rabitə üçün istifadə olunan “AWS-3” spektrini “EchoStar” operatorundan almaq məqsədilə əlavə 2,6 milyard dollar cəlb edib.

“Starlink” ənənəvi rabitə üsullarından, o cümlədən mobil infrastruktur üçün nəzərdə tutulan baza stansiyaları və rabitə qüllələrindən istifadə etməklə xidmət göstərmək imkanına malikdir. Lakin layihənin əsas məqsədi yerüstü baza stansiyalarına və mobil qüllələrinə bağlı olmayan tamamilə müstəqil kosmik mobil şəbəkə yaratmaqdır.

“Starlink Mobile” markası “SpaceX”ın telekommunikasiya xidmətlərini təsvir etmək üçün istifadə olunacaq. Bu xidmətlərə videoməzmunun və məlumatların adi mobil cihazlara kosmik peyk rabitəsi vasitəsilə ötürülməsi daxildir.

Bundan əlavə, “SpaceX” “Powered by Starlink” adlı daha bir ticarət markasının qeydiyyatı üçün müraciət edib. Bu marka qlobal rabitə operatorlarına öz peyk qruplaşmalarını yaratmadan “Starlink”in imkanlarını şəbəkələrinə əlavə etməyə imkan verəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv