Yeni Günəşlidə binanın yaxınlığında tikinti aparılması narazılığa səbəb oldu

Yeni Günəşlidə binanın yaxınlığında tikinti aparılması narazılığa səbəb oldu






presstv

"Presstv"az #Audi, #Günəş, #Hakim, #Suraxanı rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, 27-ci binanın yaxınlığında gecələr görülən sürətli qazıntı işləri insanların ciddi narahatlığına səbəb olur.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, onların evlərinin yaxınlığında tikiləcək çoxmərtəbəli binanın bünövrəsinin qazıntısı yalnız axşamlar həyata keçirilir.

Ağır texnikaların yaratdığı titrəmə isə mənzillərdə hiss olunur.

Ərazi qayalıq olduğundan texnika daha sərt və daha gur səs çıxarır. Sakinlərin sözlərinə görə, bir müddət işlər dayandırılıb, amma yenidən davam edilib.

Özünü iş icraçısı kimi təqdim edən Nazim Hüseynov görülən işlərin icazə ilə aparıldığını bildirdi.

Məslə ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən mövqe almaq mümkün olmadı.

Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, sözügedən ərazidə tikilməkdə olan yaşayış binasının sənədləri var və qaydasındadır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv