Dünyanın iki paralel sistemə bölünəcəyi proqnozlaşdırıldı: NATO-dan xəbərdarlıq

Dünyanın iki paralel sistemə bölünəcəyi proqnozlaşdırıldı: NATO-dan xəbərdarlıq






presstv

"Presstv"az #Audi, #Avropa, #Avstraliya, #Cənubi Koreya, #Yaponiya, #Yeni Zelandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

NATO-nun Hərbi Komitəsinin keçmiş rəhbəri admiral Rob Bauer xəbərdarlıq edib ki, bir neçə ildən sonra dünya BMT-nin rəhbərlik etdiyi mövcud sistemin səmərəsizliyi səbəbindən iki paralel sistemə bölünə bilər.

presstvaz xəbər verir ki, hərbçi bunu Dohada keçirilən forumda deyib. Yayım tədbirin veb-saytı ilə aparılıb.

“Düşünürəm ki, ehtiyatlı olmasaq, 5-10 ildən sonra dünyada iki paralel sistem görəcəyik. BMT-nin himayəsi altında vahid beynəlxalq qaydalara əsaslanan sistem yox, iki paralel sistem. Bir tərəfdə Avropa, Şimali Amerika, Cənubi Koreya, Yaponiya, Avstraliya, Yeni Zelandiya, Sinqapur, digər tərəfdə insanların fərqli bir sistem istədiyi BRICS var. Düşünürəm ki, onlar fərqli qaydalar istəyirlər”, – deyə admiral qeyd edib.

Bauer bildirib ki, bunun təkcə hökumətlər üçün deyil, həm də dünya üzrə biznes üçün böyük nəticələri olacaq. Çünki iki fərqli hüquq və maliyyə sistemi olacaq. Bu baxımdan dünya ikiyə bölünəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv