Praqadakı “rəqs edən ev” və Bilbaodakı Quqqenhaym Muzeyinin memarı vəfat etdi

Praqadakı “rəqs edən ev” və Bilbaodakı Quqqenhaym Muzeyinin memarı vəfat etdi






presstv

"Presstv"az #Audi, #İspaniya, #İspaniyanın, #Kaliforniya, #Los-Anceles, #Nobel mükafatı, #Paris, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerikalı memar Frenk O.Qeri Kaliforniyada 96 yaşında vəfat edib.

presstvaz xəbər verir ki, bu barədə “The New York Times” nəşri onun nümayəndəsi Meqan Lloyda istinadən məlumat yayıb.

Məlumata görə, memar Kaliforniyanın Santa-Monika şəhərindəki evində vəfat edib. Lloyd onun ölümünün qısamüddətli tənəffüs xəstəliyindən sonra baş verdiyini bildirib.

Qeyd edək ki, Qeri İspaniyanın Bilbao şəhərindəki Quqqenhaym Muzeyini, Praqadakı “rəqs edən ev”i və Parisdəki “Fondation Louis Vuitton” binasını layihələndirib. Onun digər layihələri sırasına Los-Ancelesdəki Uolt Disney Konsert Zalı və Mayamidəki Yeni Dünya Mərkəzi daxildir.

1989-cu ildə Frenk Qeri memarlıq sahəsində ən nüfuzlu mükafat olan və “memarlıq üzrə Nobel mükafatı” adlandırılan Pritsker mükafatını alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv