bp Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərlərinin operatorluğundan çıxır

bp Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərlərinin operatorluğundan çıxır






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #Günəş, #Gürcüstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

bp (British Petroleum Company) şirkəti Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin operatorluğunun təhvil verilməsi ilə bağlı danışıqlar aparır.

presstvaz-ın BM.ge nəşrinə istinadən xəbərinə görə, bu barədə şirkətin Gürcüstan nümayəndəliyindən məlumat verilib.

Beləliklə, bp artıq Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan boru kəmərlərinin operatoru olmayacaq.

Şirkət bildirir ki, mövcud müqavilələr çərçivəsində boru kəməri sisteminin operatorluğunun təhvil verilməsi ilə bağlı müvafiq tərəflərlə aparılan danışıqlara aşağıdakılar daxildir:

– Gürcüstan ərazisində yerləşən Bakı-Supsa avadanlığının Gürcüstan neft-qaz korporasiyasına və ya onun tərəfindən təyin olunmuş operatoruna qaytarılması;

– Bakı-Tbilisi-Ceyhan layihəsinin idarəedicisi və baş operatoru funksiyalarının, eləcə də Cənubi Qafqaz Boru Kəməri layihəsinin “SOCAR Midstream” şirkətinə verilməsi.

Gürcüstandan keçən iki neft kəmərinin operatorluğundan çıxmasına baxmayaraq, bp şirkəti Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri üzrə səhmdar olaraq qalır. Şirkət Bakı-Tbilisi-Ceyhan boru kəmərində 30.1%, Cənubi Qafqaz Boru Kəmərində isə 29.99% paya malikdir.

“Boru kəmərinin operatorluğunun ötürülməsi hazırda müvafiq müqavilələrin bağlanması şərti ilə 2026-cı ilin birinci yarısının sonuna qədər başa çatdırılmalıdır. Biz mövcud müqavilələrdə boru kəmərlərinin istifadəsi və istismarını tənzimləyən tələbləri rəhbər tutacağıq. Operatorluğun ötürülməsi Səngəçal terminalına və ya BTC və Cənubi Qafqaz Boru Kəməri layihələrində bp-nin operatorluq statusuna şamil edilmir”, – deyə şirkətdən bildirilib.

“Operatorluğun müvafiq tərəflərə ötürülməsindən sonra bp AÇG (Azərbaycan-Çıraq-Günəşli) və Şahdəniz yataqlarının, eləcə də Səngəçal terminalının operatoru kimi rolunu saxlayacaq, həmçinin BTC və Cənubi Qafqaz Boru Kəməri layihələrində səhmdar olaraq qalacaq. Gürcüstandakı bp əməliyyat funksiyalarının ötürülməsi ilə bağlı əlavə qiymətləndirmə aparır ki, bu da müəyyən vaxt alacaq”, – deyə şirkət qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv