Türkiyədə qanunsuz mərc əməliyyatı: Saxlanılan şəxslərin SİYAHISI

Türkiyədə qanunsuz mərc əməliyyatı: Saxlanılan şəxslərin SİYAHISI






presstv

"Presstv"az #"Fənərbağça", #Araşdırma, #Audi, #Futbol, #Hakim, #Hatayspor, #İdman, #İstanbul, #Konya, #Qalatasaray, #Superliqası, #Türkiyə, #Türkiyə Superliqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İstanbul Respublika Baş Prokurorluğunun “Futbolda Mərc Araşdırmaları” çərçivəsində bu gün həyata keçirdiyi əməliyyat zamanı saxlanılan şəxslərin siyahısı üzə çıxıb.

presstvaz yerli mətbuata istinadla xəbər verir ki, araşdırma sənədlərində diqqətçəkən məqam Türkiyə SuperLiqasından aşağı liqalara qədər forma geyinən çox sayda futbolçu ilə yanaşı, klub rəhbərləri və hakimlər haqqında da saxlanma qərarının verilməsidir.

-“Kayserispor”, “Sakaryaspor”, “Sivaspor”, “Konyaspor”, “Amedspor”, “Hatayspor”, “Pendikspor”, “Boluspor”, “Çorumspor”, “Serikspor”, “Göztepe”, “Manisaspor”, “Fatih Karagümrük”, “Trabzonspor”, “Qalatasaray”, “Fənərbağça”, “Bandırmaspor”, “Alanyaspor” kimi klublardan çox sayda futbolçu;

– “Ümraniyespor” – “Giresunspor” matçındakı şübhəli saxtakarlıq çərçivəsində müəyyən edilən altı nümayəndə;

– “Nazillispor” və “Ankaraspor”un klub rəhbərləri və prezidentləri;

– İqtisadi Cinayətləri Araşdırma Komissiyasının (MASAK) hesabatından sonra adıçəkilən keçmiş hakimlər;

– “Adana Demirspor” klubunun sabiq prezidenti Murat Sancak;

– İdman şərhçisi Ahmet Çakarın həyat yoldaşı daxil olmaqla bəzi şəxslərin adlarının araşdırma siyahısında olduğu görünür.

Bəzi şübhəlilərin ölkə xaricində olduğu, digərlərinin isə polis tərəfindən saxlanıldığı bildirilir. Əməliyyatın ümumilikdə 46 şübhəlini əhatə etdiyi, bunlardan 35-nin saxlanıldığını, digərləri üçün proseslərin qətiyyətlə davam etdirildiyi bildirilib.

Türkiyədə qanunsuz mərc əməliyyatı: Saxlanılan şəxslərin SİYAHISI


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv