Kaliforniyanı nəhəng “radiasiya dumanı” bürüyüb

Kaliforniyanı nəhəng “radiasiya dumanı” bürüyüb






presstv

"Presstv"az #ABŞ, #Avto, #Kaliforniya, #Qatı duman, #Yoluxucu xəstəlik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Kaliforniya ştatında 650 kilometr məsafədə nəhəng “radiasiya dumanı” (“Tule” dumanı) müşahidə olunur.

presstvaz “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, yerli meteoroloqlar keçən həftədən etibarən Mərkəzi Kaliforniyada qatı dumanın olacağı ilə bağlı xəbərdarlıqlar ediblər.

Sakramento, Fresno, Beykersfield, Oklend və Stokton da daxil olmaqla bir çox böyük şəhərləri qatı duman bürüyüb.

Xəbərdə bildirilir ki, “Tule” təxminən hər il noyabrın sonlarında bölgəyə enir, pik nöqtəsi dekabr-yanvar aylarına təsadüf edir, martdan etibarən dağılır.

Təhlükə ondan ibarətdir ki, fabrik və zavodlardan buraxılan kimyəvi maddələrin hissəcikləri “radiasiya dumanı”nda ilişib qalır, əhali arasında tənəffüs yoluxucu xəstəliklərin yayılmasına şərait yaradır. Qatı dumanda yol qəzalarının sayı da kəskin artır. Məsələn, 2007-ci ilin noyabrında duman magistralda eyni vaxtda 108 avtomobilin toqquşmasına səbəb olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv