Yaponiyalı məktəbli yeddi milyon insanın şəxsi məlumatlarına çıxış əldə edib

Yaponiyalı məktəbli yeddi milyon insanın şəxsi məlumatlarına çıxış əldə edib






presstv

"Presstv"az #Audi, #ChatGPT, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiya polisi “ChatGPT” çatbotundan istifadə edərək fitnes mərkəzləri və internet-kafelər şəbəkəsinə kiberhücum edən 17 yaşlı şagirdi saxlayıb.

presstvaz xəbər verir ki, bu barədə “Jiji Press” agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, yaponiyalı gənc, təxminən, 7.3 milyon insanın şəxsi məlumatlarına çıxış əldə edib.

Xəbərdə bildirilir ki, Osakadan olan gənc və ortağı internet-kafelər və fitnes mərkəzləri şəbəkəsini idarə edən “Kaikatsu Frontier” şirkətinə kiberhücum həyata keçirib.

Məlumata görə, yapon şagird “ChatGPT” proqramından istifadə edərək şirkətin serverlərinə yeddi milyondan çox icazəsiz sorğu göndərib və bununla da qurumun fəaliyyətini pozub.

Kiberhücum təşkil edən tələbə günahını etiraf edib.

“Sistemdə zəif yerləri tapmaqla əyləndim”, – deyə şagird törətdiyi əmələ münasibət bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv