Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Böyük Britaniya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Ordusu, #Böyük Britaniy, #Böyük Britaniya, #Şəhidlər xiyabanı, #Təhsil, #YouTube, #Zakir Həsənov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabrın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

presstvaz bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Birləşmiş Krallığın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini ehtiramla yad edib.

Qonaqları salamlayan müdafiə naziri Azərbaycan ilə Böyük Britaniya arasında hərbi sahədə əlaqələrin xüsusi əhəmiyyət daşıdığını və bunun hər iki tərəfin ordusunun inkişafında müsbət rol oynadığını bildirib.

General-polkovnik Zakir Həsənov ötən il ölkəmizdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hərbi Attaşelik Aparatının təsis edilməsinin əhəmiyyətini vurğulayıb.

Səmimi münasibətə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Lord Vernon Koaker Birləşmiş Krallığın ölkəmiz ilə hərbi əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Qarşılıqlı səfərlərin və müxtəlif formatlarda keçirilən görüşlərin təcrübə mübadiləsi baxımından səmərəli olduğunu xüsusi vurğulayıb.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri cənab Elin Süleymanov və Birləşmiş Krallığın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auldun da iştirak etdikləri görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində qonaqlar, həmçinin “Zabit ixtisas hazırlığı” kursunun gənc zabitlərinin iştirakı ilə keçirilən “Təlimatçı hazırlığı” kursunun növbəti buraxılış mərasimində iştirak ediblər.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən mərasimdə Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov kursun keçirilməsində göstərdikləri dəstəyə görə Birləşmiş Krallığın nümayəndə heyətinə təşəkkürünü bildirib.

Sonda cənab Aqil Qurbanov, Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov, Birləşmiş Krallığın nümayəndələri və səfirlər tərəfindən kursu uğurla başa vuran məzunlara sertifikatlar təqdim olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv