İRİA 10-a yaxın Afrika ölkəsinin heyəti ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

İRİA 10-a yaxın Afrika ölkəsinin heyəti ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Keniya, #Somali, #Tunis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Mali, Tanzaniya, Burkina Faso, Somali, Seneqal, Çad, Tunis, Keniya və digər Afrika ölkələrindən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı rəqəmsal inkişaf istiqamətində əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

Afrika nümayəndələri səfər çərçivəsində Azərbaycanın rəqəmsal dövlət texnologiyaları ilə tanış olublar. Təqdimatlar zamanı vətəndaşyönümlü rəqəmsal həllər olan “mygov” və “mygov ID”, eləcə də rəqəmsal hökumət həlləri – Rəqəmsal Sənəd Dövriyyəsi və “digital.bridge” haqqında ətraflı məlumat verilib. Xüsusilə də “mygov” timsalında “bir pəncərə” prinsipi ilə işləyən “GovTech” məhsullar böyük marağa səbəb olub.

İRİA-nın kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev bildirib ki, Afrikanın bir sıra ölkələri Azərbaycanın rəqəmsal inkişaf təcrübəsini öyrənməkdə maraqlıdır və İRİA bu istiqamətdə sistematik olaraq təcrübə mübadiləsini həyata keçirməyə hazırdır. O, həmçinin vurğulayıb ki, digər ölkələrin Azərbaycanın rəqəmsal dövlət məhsullarına artan marağı ölkəmizdə uğurlu rəqəmsallaşma siyasətinin keyfiyyət göstəricisidir.

Qeyd edək ki, sözügedən görüşlər Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində keçirilir və ölkələr arasında rəqəmsal körpülərin qurulması, əməkdaşlıq imkanlarının araşdırılması və texnoloji diplomatiyanın gücləndirilməsinə xidmət edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv