Şəmkirdə mikroavtobus qəzasında xəsarət alanların sayı artdı – ADLAR AÇIQLANDI

Şəmkirdə mikroavtobus qəzasında xəsarət alanların sayı artdı – ADLAR AÇIQLANDI






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Avto, #avtobus, #Avtobus qəzası, #Hadisə, #Nəqliyyat, #Şəmkir, #Şəmkir Rayon Mərkəzi Xəstəxanası, #Şəmkir rayonu, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şəmkir rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

presstvaz “Report”a istinadən xəbər verir ki, rayonun Keçili kəndi ərazisində “Mercedes-Benz” markalı mikroavtobusun su kanalına aşması nəticəsində Aygün Rövşən qızı Musayeva (1984), Aygül Həsən qızı Hüseynova (1958), Laləzar Göygöz qızı Hüseynova (1965), Afət Eyyub qızı Məmmədova (1962), Natella Müzəffər qızı Məmmədova (1966), Məlahət Cəfər qızı Cəfərova ( 1965), Elman Rasim oğlu Səlimov (1994), Nuriyyə Köçəri qızı Musayeva (1986), Bəsti Köçəri qızı Musayeva (1956), Gülnar Ramiz qızı Əhmədova (1987), Mahirə Bayram qızı Babayeva (1970) və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

presstvaz APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan “Mercedes-Benz” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində altı nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

Şəmkirdə mikroavtobus qəzasında xəsarət alanların sayı artdı - ADLAR AÇIQLANDI


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv