Malayziya on bir il əvvəl itmiş təyyarənin axtarışlarını bərpa edir

Malayziya on bir il əvvəl itmiş təyyarənin axtarışlarını bərpa edir






presstv

"Presstv"az #ABŞ, #Audi, #Nəqliyyat, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Malaysia Airlines” şirkətinin 11 il əvvəl itkin düşmüş təyyarəsinin suyun dərinliklərindəki axtarışları dekabrın 30-da bərpa olunacaq.

presstvaz xəbər verir ki, məlumatı “New Straits Times” nəşri Malayziyanın Nəqliyyat Nazirliyinə istinadən yayıb.

Bildirilir ki, axtarışları ABŞ-nin “Ocean Infinity” şirkəti fasilələrlə 55 gün müddətində həyata keçirəcək. Axtarışlar avialaynerin tapılacağı ehtimal olunan bölgədə aparılacaq.

Xatırladaq ki, 2014-cü il martın 8-nə keçən gecə МН370 reysi ilə Kuala-Lumpurdan Pekinə uçmalı olan təyyarə havaya qalxdıqdan iki saat sonra radarlardan itib. Göyərtədə 227 sərnişin və 12 ekipaj üzvü olub.

2015-ci ilin yanvarında Malayziya hökuməti təyyarənin qəzaya uğradığını və göyərtəsindəkilərin həlak olduğunu bildirsə də, indiyədək avialaynerin heç bir izi tapılmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv