Tramp: “Baydenin avtoqələmlə imzaladığı bütün əfv sərəncamları qüvvəsini itirib”

Tramp: “Baydenin avtoqələmlə imzaladığı bütün əfv sərəncamları qüvvəsini itirib”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Araşdırma, #Audi, #Avto, #Co Bayden, #Donald Tramp, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp sələfi, Birləşmiş Ştatların 46-cı prezidenti Co Bayden tərəfindən avtoqələmlə (avtomatik sənəd imzalama cihazı) imzalanmış bütün əfv sərəncamlarının digər bu qəbildən olan sənədlər kimi, artıq hüquqi qüvvəsini itirdiyini bildirib.

presstvaz-ın xəbərinə görə, o, bu barədə “Truth Social” şəbəkəsində yazıb.

“Əfv, cəzanın yüngülləşdirilməsi və ya bu şəkildə imzalanmış hər hansı digər sənəd alan hər kəs nəzərə alsın ki, onlar tamamilə ləğv edilib, artıq hüquqi cəhətdən qüvvədə deyil”, – Tramp qeyd edib.

Tramp dəfələrlə Baydenin sənədlərin özü tərəfindən imzalanmadığını və onun ətrafının avtoqələmdən istifadə etdiyini bildirib. O, həmçinin deyib ki, Baydenin qohumları da daxil olmaqla, təxminən 2500 şəxsin əfv edilməsi ilə bağlı sərəncamlar keçmiş prezidentin xəbəri olmadan avtoqələmlə imzalandığı üçün etibarsız sayılır.

Bayden isə “The New York Times” qəzetinə müsahibəsində etiraf edib ki, onun adından əfv sərəncamlarının imzalanması zamanı avtoqələmdən istifadə edilib, lakin iddia edib ki, əfv ilə bağlı bütün qərarları şəxsən özü verib, çox sayda sənəd olduğu üçün isə avtoqələmə ehtiyac duyulub.

Xatırladaq ki, iyul ayında Ağ Ev keçmiş ABŞ liderinin avtoqələmindən istifadə edilməsi ilə bağlı araşdırma başlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv