Mask ABŞ-nin növbəti prezidentinin kim olacağını açıqlayıb

Mask ABŞ-nin növbəti prezidentinin kim olacağını açıqlayıb






presstv

"Presstv"az #ABŞ, #Astana, #Audi, #Donald Tramp, #İlon Mask, #Tesla

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur sahibkar İlon Mask ABŞ-nin hazırkı vitse-prezidenti Cey Di Vensin növbəti ölkə başçısı olacağını bildirib.

presstvaz xəbər verir ki, bu barədə Amerikanın “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, Mask bu fikirləri noyabrın 22-də ABŞ hökumətinin fəaliyyətinin effektivliyinin artırılması üzrə qurumun (DOGE) əməkdaşları qarşısında çıxışı zamanı bildirib. Bu, videoya çəkilib, lakin ictimaiyyətə yayımlanmayıb.

“Tesla”nın rəhbəri çıxışı zamanı Donald Trampın hazırkı prezidentlik müddəti və Vensin sonrakı iki müddətinə istinad edərək ABŞ-nin “böyük 12 illik dövr” astanasında olduğunu açıqlayıb.

Yazıda Maskın Venslə yaxşı münasibət qurduğu da qeyd edilir. ABŞ-də növbəti prezident seçkisi 2028-ci ilə təyin edilib və vitse-prezident hələlik namizədliyini irəli sürmək planlarını qəti şəkildə açıqlamayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv