Rusiyalı futbolçular və basketbolçular Ukraynanın “Mirotvorets” bazasına əlavə edildilər

Rusiyalı futbolçular və basketbolçular Ukraynanın “Mirotvorets” bazasına əlavə edildilər






presstv

"Presstv"az #Audi, #Futbol, #Premyer Liqası, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Moskvanın “Spartak” komandasının heyətində Rusiya Kubokunun qalibi olan Nikolay Rasskazov və “Dinamo Moskva” komandasında RF Premyer Liqasının ikiqat bürünc medalçısı Dmitri Skopintsev Ukraynanın “Mirotvorets” bazasına daxil ediliblər.

presstvaz-ın xəbərinə görə, bunu resursun veb saytındakı məlumatlar təsdiqləyir.

Həmçinin aralarında Vladimir Xubulov, Maksim Vityuqov, Roman Yevgenyev və Sergey Babkinin olduğu Samaranın “Krılya Sovetov” komandasından da bir neçə futbolçu bazaya daxil edilib. Onlar “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qəsd etməkdə”, eləcə də xüsusi hərbi əməliyyatı dəstəkləməkdə ittiham olunurlar. Bu şəxslərin bazaya əlavə edilməsinə səbəb idmançıların “Rusiya – idman gücü” forumunda iştirakları olub.

Habelə rusiyalı basketbolçular Yekaterina Fedorenkova, İnna Fastova və Yuliya Poluyanova da oxşar səbəblərdən bazaya əlavə ediliblər.

Qeyd edək ki, 2014-cü ildən tərtib olunan “Mirotvorets” portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv