17 yaşlı oğlan “TikTok”da bacısı ilə yazışan şəxsi küçədə bıçaqladı: Abşerondakı cinayətin TƏFƏRRÜATI

17 yaşlı oğlan “TikTok”da bacısı ilə yazışan şəxsi küçədə bıçaqladı: Abşerondakı cinayətin TƏFƏRRÜATI






presstv

"Presstv"az #Abşeron rayonu, #Ailə, #Audi, #Bakı, #Cinayət işi, #Hadisə, #Masazır qəsəbəsi, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən 17 yaşlı Nail Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

presstvaz-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Məmmədli bir il azadlıqdan məhrum edilib. O, cəzasını tərbiyə müəssisəsində çəkəcək.

İttihama görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış massivində baş verib. Hadisəyə səbəb isə zərərçəkənlə müttəhimin “TikTok” sosial şəbəkəsində mübahisəsidir.

Belə ki, qəsəbə sakini Həsən adlı şəxs “TikTok”da canlı yayım açıb və bu vaxt Nailin bacısı da ora qoşulub. Həmin vaxt Nail də “TikTok”da olub və Həsənin canlı yayımında bacısını görüb. O, bacısından Həsənin kimliyini soruşub. Bacısı isə onu şəxsən tanımadığını bildirib.

Məlum olub ki, Həsən Nailin bacısına şəxsidə də yazıb. O, dərhal Həsənin nömrəsini taparaq ona zəng edib və görüşmək istədiyini deyib. Həsən isə onu görüşmək üçün yaşadığı məhəlləyə çağırıb. Nail evdən bıçaq götürərək Həsənin yaşadığı ünvana gedib. O, öncə zərərəçəkənin qardaşını görüb və ondan Həsəni soruşub. Qardaşı evlərini Nailə göstərib. Nail həmin ünvana gələrək Həsəni küçəyə çağırıb. Küçədə söhbət zamanı onların arasında mübahisə yaranıb və Nail Həsənə əlindəki bıçaqla iki zərbə endirib, hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə N.Məmmədli saxlanılıb, faktla bağlı cinayət işi başlanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv