Restoranlarda müştəridən niyə xidmət haqqı alınır?

Restoranlarda müştəridən niyə xidmət haqqı alınır?






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Eyyub Hüseynov, #Türkiyə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir zamanlar restoranlarda ofisiantlara könüllü olaraq verilən bəxşişlər (çaypulu) artıq məcburi hala gəlir. Ölkə restoranlarında masa haqqı, xidmət haqqı və buna bənzər digər adlar altında müştərilərdən əlavə ödənişlər tələb olunur.

Qonşu Türkiyədə isə müştəridən xidmətə görə əlavə pul tələb edilməsi qadağan olunur. Bəs Azərbaycanda vəziyyət nə yerdədir və bu nə dərəcədə qanunidir?

Məsələ ilə bağlı Azərbaycan İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov vəziyyəti şərh edib:

“Azərbaycanda geniş yayılmış bu ‘servis haqqı’ çoxlu istehlakçıların, o cümlədən turistlərin böyük narazılığına səbəb olub. Məsələn, şəhərin mərkəzində oğluna ad günü etdirən bir şəxsdən sonda 15% servis haqqı tələb olunub. Ödəməyə məcbur olub, nəticədə mübahisə yaranıb”.

Eyyub Hüseynov vurğulayıb ki, çaypulu anlayışı bütün dünyada mövcuddur və adətən istehlakçı xidmət göstərənə əlavə pul verir. Əksər hallarda bu, heç bir yerdə qeyd olunmur.

“Servis haqqının məcburi şəkildə istehlakçıdan alınması düşünürəm ki, doğru deyil”, – deyə AİB sədri fikrini yekunlaşdırıb.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv