Nazir: “Şəhid ailələrinin və qazilərin mənzillə təmin edilməsi üçün 400-ə yaxın ev alınacaq”

Nazir: “Şəhid ailələrinin və qazilərin mənzillə təmin edilməsi üçün 400-ə yaxın ev alınacaq”






presstv

"Presstv"az #Ailə, #Anar Əliyev, #Audi, #Azərbaycan, #Milli Məclis, #Müharibə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu ilin sonuna qədər Azərbaycanda şəhid ailələrinin və qazilərin mənzillə təmin edilməsi üçün 400-ə yaxın ev alınacaq”.

presstvaz xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihələrinin ikinci oxunuşda müzakirəsində bildirib.

Onun sözlərinə görə, dağlıq və dağətəyi rayonlarda coğrafi çətinliklər nəzərə alınaraq növbəti ildən həmin rayonlarla bağlı xüsusi yanaşma tətbiq olunacaq:

“Mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və mənzil növbəsində olan ölkə üzrə bütün şəhid ailələri, müharibə əlilləri mənzillə təmin ediləcək. Şəhid ailələrinin və müharibə əlillərinin məşğulluğu ilə bağlı tədbirlər davamlı olaraq həyata keçirilir. 153 minə yaxın şəxslə müvafiq qaydada iş aparılıb. Özü də məşğulluq proqramı bizim üçün ciddi bir alətdir. Bu proqram çərçivəsində 13.4 min şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını təmin edə bilmişik. Ümumilikdə isə 28.1 min bu kateqoriyadan olan şəxsi aktiv məşğulluq tədbirlərinə cəlb edə bilmişik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv