Sumqayıtın “Qurd dərəsi”ndən ŞİKAYƏT: Yol, nəqliyyat və sahibsiz itlər problemi

Sumqayıtın “Qurd dərəsi”ndən ŞİKAYƏT: Yol, nəqliyyat və sahibsiz itlər problemi






presstv

"Presstv"az #Audi, #Avto, #avtobus, #Bələdiyyə, #Hakim, #Sağlamlıq, #Sahibsiz itlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sumqayıt şəhərindən cəmi 2-3 kilometr aralıda yerləşən “Qurd dərəsi” adlanan yaşayış massivi illərdir diqqətdən kənarda qalıb.

Bu barədə presstvaz-a şikayət məktubu daxil olub.

Qeyd olunub ki, massiv şəhərin 18-ci mikrorayonundan bir neçə kilometrlikdə yerləşsə də, buranın şəraiti unudulmuş ucqar bir qəsəbəni xatırladır:

Normalda şəhərdən ərazinin ən uzaq hissəsinə avtobusla 10 dəqiqəyə çatmaq mümkün olduğu halda, biz köhnə, narahat “PAZ” və bu tipli digər avtobuslarla bu yolu 45-50 dəqiqəyə, bəzən isə bir saata qət etməyə məcburuq. Səbəb yolların son dərəcə yararsız olmasıdır. Massivdə asfaltlanma çox az hissədə aparılıb. Bir çox yerlərdə yollar sakinlərin öz hesabına daş, çınqıl və s. tökülərək müvəqqəti şəkildə düzəldilir. Yağışlı və qarlı günlərdə isə küçələr gölməçə və palçıqdan keçilməz olur. Bərbad yollar səbəbindən taksi şirkətləri də buraya sifariş qəbul etmək istəmirlər”.

Şikayətdə yer alan məsələlərdən biri də sahibsiz küçə itlərinin sayının artmasıdır:

“Sürü halında gəzən itlər xüsusən axşam saatlarında aqressivləşərək insanlara hücum edir. Bu isə həm böyüklər, həm də uşaqlar üçün ciddi təhlükə yaradır. 7-ci, 8-ci və 9-cu dayanacaq əraziləri daha təhlükəlidir. Uşaqlar məktəbə gedib-gələrkən qorxu keçirir, gecə küçəyə çıxmaq isə demək olar ki, mümkün deyil. Küçələrin işıqlandırılmaması vəziyyəti daha da ağırlaşdırır. Bir sıra yerlərdə işıqlandırma yalnız sakinlərin öz vəsaiti hesabına təmin olunub”.

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən presstvaz-ın sorğusuna cavab olaraq bildirildi ki, “Qurd dərəsi” adlanan ərazisi inzibati baxımdan bağlar zonası olmaqla yanaşı, Sumqayıt Bələdiyyəsinin xidməti ərazisinə daxildir:

“Sözügedən ərazi ilə bağlı daxil olan müraciətlər və sakinlərin qaldırdıqları məsələlər Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən diqqətlə araşdırılıb, mövcud problemlərin aradan qaldırılması məqsədilə mərhələli tədbirlər planı hazırlanaraq icrasına başlanılıb.

Ərazidə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə asfaltlanma işləri həyata keçirilir. Son illərdə 17, 18 və 27 nömrəli marşrut xətlərinin hərəkət etdiyi yollar üzrə təmirə ehtiyac olan hissələrdə asfaltlanma işləri aparılıb. Mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması isə dövlət proqramı çərçivəsində nəzərdə tutulub və müvafiq mərhələlər üzrə icra olunacaq.

Sahibsiz itlərlə bağlı təhlükəsizlik və sağlamlıq tələblərinə uyğun olaraq, onların toplanması, peyvəndlənməsi, xüsusi ayrılmış sahələrə yerləşdirilməsi istiqamətində işlər davam etdirilir. Küçələrin işıqlandırılması ilə bağlı son illər ərazidə bir sıra tədbirlər görülüb, bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

Sumqayıt Şəhər İcra Hakimiyyəti olaraq qeyd olunan bağlar massivində sosial infrastrukturun daha da yaxşılaşdırılması üçün aidiyyəti qurumlarla birgə fəaliyyətimiz davam etdiriləcək”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv