Avropa İttifaqı Ermənistana 15 milyon avro ayıracaq

Avropa İttifaqı Ermənistana 15 milyon avro ayıracaq






presstv

"Presstv"az #Ararat Mirzoyan, #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Azərbaycan, #Ermənistan, #Münaqişə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan və Avropa İttifaqı (Aİ) yeni Strateji Tərəfdaşlıq Gündəliyini qəbul ediblər.

presstvaz Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi brifinq zamanı bildirib.

“Bu gün biz Ermənistan-Aİ tərəfdaşlığı üçün yeni Strateji Gündəliyi qəbul etdik. Bu, Aİ və Ermənistan arasında əməkdaşlıq çərçivəsində bir çox yeni sahələrdə işləmək öhdəliyidir”, – deyə Kallas bildirib.

O qeyd edib ki, Brüssel Ermənistanda islahatları, o cümlədən iqtisadiyyatının diversifikasiyasına yönəlmiş islahatları dəstəkləyir.

Kallas qeyd edib ki, tərəflər təhlükəsizlik və viza rejiminin liberallaşdırılması sahələrində əməkdaşlığı davam etdirəcəklər.

O, həmçinin bildirib ki, Aİ Azərbaycanla sülh prosesi çərçivəsində Ermənistana 15 milyon avro ayıracaq.

“Ermənistan və Azərbaycan arasında avqustda Vaşinqtonda əldə edilən razılaşmaların paraflanması əsl sıçrayış idi və iki ölkə arasında uzun müddətdir davam edən münaqişəyə son qoydu. Avropa İttifaqı Ermənistana tam dəstək verir”, – deyə Kallas bildirib.

Kallas əlavə edib ki, Ermənistan 2026-cı ildə parlament seçkisi yaxınlaşdıqca dezinformasiya kampaniyalarının artması və qonşu ölkələrin müdaxiləsi ilə üzləşə bilər.

“Avropa maliyyəsi həm də xarici müdaxilənin müəyyən edilməsi, təhlili və operativ reaksiya verilməsinə yönəldiləcək”, – deyə Avropa diplomatiyasının rəhbəri vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv