Bakıda şərab evində satıcıya bıçaq çəkib quldurluq edən şəxsə ağır cəza verildi

Bakıda şərab evində satıcıya bıçaq çəkib quldurluq edən şəxsə ağır cəza verildi






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hadisə, #Hakim, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda quldurluq etməkdə təqsirləndirilən Xəyal Yusifovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

presstvaz-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı təqsirləndirilən şəxsin səkkiz il müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.

Müşavirədən sonra hökm elan edilərək Xəyal Yusifov səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2025-ci il martın 6-da axşam saatlarında paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, naməlum şəxs həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1 000 manat olan kassa aparatını talayıb.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və X.Yusifova qarşı Cinayət Məcəlləsinin 181.2.3, 181.2.5 maddələri ilə ittiham irəli sürülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv