Bu ilin doqquz ayında ADY-nin gəlirləri azalıb

Bu ilin doqquz ayında ADY-nin gəlirləri azalıb






presstv

"Presstv"az #Azərbaycan, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-oktyabr aylarında dəmir yolu nəqliyyatı ilə 14 milyon ton yük və 8 milyon 265.6 min sərnişin daşınıb.

presstvaz xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşımalarında 9.7% azalma, sərnişin daşımalarında isə 19.1% artım qeydə alınıb.

Bu ilin 10 ayında dəmir yolu ilə daşınmış yüklərin həcmi 13 milyon 958.4 min ton, 2024-cü ilin müvafiq dövründə isə bu göstərici 15 milyon 462.3 min ton olub.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin bu ilin yanvar-sentyabr aylarında yük və sərnişin daşınmasından əldə etdiyi gəlir 296 milyon 391 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlər 27 milyon manat və ya 8.3% azalıb.

Yükdaşımalar üzrə gəlirlər 284 milyon 320 min manat olub ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisədə 9.8% azdır. Bunun 246 milyon 147 min manatı beynəlxalq, 38 milyon 173 min manatı isə daxili daşımaların payına düşüb. Sərnişindaşımadan əldə olunan gəlir 12 milyon 71 min manat təşkil edib (48.4% çox) və bu məbləğ tam olaraq daxili daşımalar hesabına formalaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv