“Məlhəm Hospital”da YOXLAMA

“Məlhəm Hospital”da YOXLAMA






presstv

"Presstv"az #Audi, #İnzibati Xətalar Məcəlləsi, #Səhiyyə Nazirliyi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Məlhəm Beynəlxalq Hospital”da plandankənar (növbədənkənar) yoxlama aparıb.

presstvaz “Qaynarinfo”ya istinadla xəbər verir ki, yoxlama zamanı xəstəxanada lisenziyada nəzərdə tutulmayan ginekoloji xidmət – ekstrakorporal mayalanma (IVF) üzrə fəaliyyət göstərilməsi faktı aşkar olunub.

Aparılan yoxlamanın nəticəsinə əsasən, “Məlhəm Beynəlxalq Hospital” MMC-nin direktoru və qanuni təmsilçisi Fuad Qədim oğlu Əlizadə barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Əlizadə qeyd olunan maddə üzrə təqsirli bilinib və 6 000 manat məbləğində cərimə olunub.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, lisenziyada göstərilməyən tibbi xidmətlərin həyata keçirilməsinə görə fiziki şəxslər 300-500 manat, vəzifəli şəxslər 800-1 000 manat, hüquqi şəxslər isə 6 000-8 000 manat məbləğində cərimə edilirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv