Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Dərman vasitələri, #İqtisadiyyat Nazirliyi, #Mikayıl Cabbarov, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkəti ilə həyata keçirilən əczaçılıq zavodu layihəsi üzrə cari vəziyyət və gələcək planlara dair fikir mübadiləsi aparılıb.

presstvaz xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkətinin Direktorlar Şurasının sədri Abidin Gülmüş ilə görüşüb. Görüşdə ölkəmizdə əczaçılıq sənayesində inkişaf perspektivləri və həyata keçirilən layihələrin əhəmiyyəti müzakirə edilib.

Tərəflər birgə fəaliyyət çərçivəsində həyata keçirilən əczaçılıq zavodu layihəsi üzrə cari vəziyyət və gələcək planlara dair fikir mübadiləsi aparıblar.

Görüşdə gələcək əməkdaşlıq istiqamətləri, istehsal potensialının artırılması, innovativ yanaşmaların tətbiqi və Azərbaycanda əczaçılıq sektorunun daha da inkişaf etdirilməsi ilə bağlı planlar nəzərdən keçirilib.

Qeyd edək ki, “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin inşası ölkəmizdə əczaçılıq sənayesi üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkında davam etdirilir. Layihə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu, “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti və “SİA Pharmaceutical” MMC ilə birgə həyata keçirilir.

Türkiyə ilə əczaçılıq sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

16:22

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkətinin direktorlar şurasının sədri Abidin Gülmüş ilə görüşüb.

presstvaz xəbər verir ki, bu barədə nazir “X” hesabında paylaşım edib.

“Türkiyənin “GEN İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkətinin direktorlar şurasının sədri Abidin Gülmüş ilə görüşmək xoş oldu. Şirkətin ölkəmizlə səmərəli əməkdaşlığı və əczaçılıq sənayesi sahəsində perspektivlər barədə danışdıq. Birgə fəaliyyət çərçivəsində əczaçılıq zavodu layihəsi üzrə cari vəziyyəti, görülmüş işləri və gələcək planları nəzərdən keçirdik”, – paylaşımda bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv