Türkiyədə 36 ildən çox həbs cəzası alan şəxs saxta şəxsiyyət vəsiqəsi əldə edib, “yazıçı” oldu

Türkiyədə 36 ildən çox həbs cəzası alan şəxs saxta şəxsiyyət vəsiqəsi əldə edib, “yazıçı” oldu






presstv

"Presstv"az #Ali Məhkəmə, #Araşdırma, #Audi, #Hadisə, #Kitab, #Məhkum, #Türkiyə, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin Adana şəhərində cinayətdə şübhəli bilinən, 36 il 7 ay 12 günlük həbs cəzası alan şəxs saxta şəxsiyyət vəsiqəsi ilə paylaşımlar edərkən ələ keçirilib.

Bu barədə presstvaz İHA-ya istinadən xəbər verir.

Məlumata görə, Adanada polis “Ali Demir Evrensel” adı altında paylaşımlar edən hesabla bağlı araşdırmalara başlayıb. Hesab altında qeydiyyatdan keçmiş adın həqiqi olmadığı üzə çıxıb. Polis paylaşımlardakı şəxsin, əslində, 49 yaşlı R.E. olduğunu və onun müxtəlif cinayətlər üzrə axtarışda olduğunu müəyyən edib.

Onun 2006-cı ildə adının hallandığı iki cinayət hadisəsinə görə ümumilikdə 36 il 7 ay 12 gün, ayrıca olaraq “Rəsmi sənədlərdə saxtakarlıq” üzrə də iki il müddətinə həbs cəzasına məhkum edildiyi məlum olub. Həmçinin “Təhqir”, “Lisenziyasız silah və sursat saxlamaq” və “Dələduzluq” ittihamları ilə də qaçaq kimi axtarışda olduğu ortaya çıxıb.

Polis, həmçinin məhkumun saxta şəxsiyyət vəsiqəsini təkcə sosial mediada istifadə etmədiyini də aşkar edib. O, son iki ildə istifadə etdiyi saxta ad altında yeddi kitab yazıb, internet üzərindən onları satıb və Adanadan Bursaya qədər bir çox bölgələrdə yerləşən hotellərdə konfranslar və imza günləri təşkil edib. Sosial mediada xeyli sayda izləyici kütləsi toplayan məhkumun 2021-ci ildə cinayət işlərinin istintaqının tamamlandığı və Ali Məhkəmənin də verilən cəzanı təsdiqlədiyi məlum olub.

Şübhəlinin Seyhan rayonunun Gülbahçesi məhəlləsindəki bir villada gizləndiyi müəyyən edilib və orada saxlanılıb. Villada axtarışlar zamanı 1 123 narkotik həbi, dəqiq tərəzi, 240 avro, 1 780 funt sterlinq, 34 100 lirə və çox sayda rəqəmsal material ələ keçirilib.

Şübhəli mtbuat nümayəndələrinə ona böhtan atıldığını iddia edib.

“Utanmalı olan mən deyiləm. Mənə qarşı atılan böhtanlar həqiqət yolundan dönməyimiz üçündür. Biz Rəbbimizə təvəkkül etmişik”, – deyə o bildirib.

O, müvafiq prosedurlardan sonra həbsxanaya göndərilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv