İbtidai təhsildə iki müəllim modeli tətbiq oluna bilər: İctimai Şuradan TƏKLİF

İbtidai təhsildə iki müəllim modeli tətbiq oluna bilər: İctimai Şuradan TƏKLİF






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Cənubi Koreya, #Emin Əmrullayev, #Estoniya, #Finlandiya, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ötən həftə elm və təhsil naziri Emin Əmrullayev İTV-də yayımlanan “Diqqət Mərkəzi” verilişində bildirib ki, sertifikasiya imtahanlarında digər fənn müəllimləri ilə müqayisədə ən aşağı nəticələri ibtidai sinif müəllimləri göstərib. Bu məqam ibtidai sinif müəllimlərinin üzərinə düşən çoxşaxəli fənn yükünün nəticələrə təsir edib-etməməsi ilə bağlı suallar doğurur. Eləcə də müzakirə olunan digər bir məsələ ibtidai tədrisin bir müəllim əvəzinə müxtəlif fənlər üzrə ixtisaslaşmış bir neçə müəllim tərəfindən həyata keçirilməsinin mümkün olub-olmaması ilə əlaqəlidir.

presstvaz xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın sözlərinə görə, bu mövzu, əslində, təhsil sistemimizin uzun illərdir gizli qalan, amma bu gün açıq şəkildə müzakirəyə ehtiyacı olan bir nöqtəsidir.

“Nazirin qeyd etdiyi sertifikasiya nəticələrində ibtidai sinif müəllimlərinin daha aşağı bal toplaması tək bir səbəblə izah olunmur, amma burada ən önəmli amillərdən biri onların üzərinə düşən həddindən artıq fənn yüküdür. İbtidai sinif müəllimi həm Azərbaycan dili, həm riyaziyyat, həm həyat bilgisi, həm məntiq, həm də bacarıqyönümlü fəaliyyətləri təkbaşına aparır. Bu isə bir müəllimdən həm humanitar, eləcə də dəqiq elmlərə eyni səviyyədə bələd olmağı tələb edir ki, bu da real deyil.

Dünya təcrübəsinə baxdıqda da görürük ki, bu model yalnız inkişaf etməkdə olan ölkələrə xasdır. Finlandiya, Estoniya, Sinqapur və Cənubi Koreya kimi təhsil nəticələri yüksək olan ölkələrdə ibtidai mərhələdə müəllimlər sahə üzrə ixtisaslaşır – yəni bir müəllim dili, digəri isə riyaziyyatı tədris edir. Bu yanaşma həm müəllimin dərs keyfiyyətini artırır, həm də şagirdlərin nəticələrinə müsbət təsir edir”.

G.Əkbərova vurğulayıb ki, yerli təhsil sferasında ibtidai mərhələdə iki müəllim modelinin tətbiqi tamamilə mümkündür və əslində, uzunmüddətli perspektivdə də qaçılmaz görünür:

“Çünki müəllim öz güclü tərəfi üzrə dərs keçəndə həm daha rahat olur, eləcə də şagirdlər daha keyfiyyətli tədris alır. Riyaziyyat sistematik, ardıcıllıq tələb edən fəndir və xüsusi metodoloji hazırlıq istəyir. Azərbaycan dili isə tamam fərqli yanaşma, fərqli pedaqoji texnika tələb edir. Bir insanın hər iki sahədə eyni səviyyədə güclü olması nadir haldır. Burada məsələ müəllimin zəifliyi deyil, sistemin ondan qeyri-real gözləntiləridir. Əgər ibtidai tədris mərhələli şəkildə iki müəllim arasında bölünsə, iş yükü balanslaşar, müəllimin də, şagirdin də inkişafına xidmət edər. Bunun üçün əlbəttə ki, yeni iş bölgüsü, müəllim sayının yenidən hesablanması və ixtisaslaşma mexanizminin yaradılması lazımdır. Doğru planlanarsa, bu struktur dəyişikliyi ibtidai müəllimləri rahatlaşdırmaqla yanaşı, eyni zamanda tədrisin keyfiyyətini də yüksəldər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv