KTM: “Ötən ay 92 nəfər zəhərlənib, onlardan üçü ölüb”

KTM: “Ötən ay 92 nəfər zəhərlənib, onlardan üçü ölüb”






presstv

"Presstv"az #Audi, #Dəm qazından zəhərlənmə, #Kliniki Tibbi Mərkəz, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin noyabr ayında Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə ümumilikdə 92 nəfər müxtəlif mənşəli zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub.

presstvaz-ın xəbərinə görə, bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

KTM: Ötən ay 92 nəfər zəhərlənib, onlardan üçü ölüb

Onun sözlərinə görə, 89 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərin 32 nəfəri dərman preparatlarından, 30 nəfəri sirkə turşusundan, üç nəfəri spirtli içkilərdən, bir nəfəri həlledici məhluldan, bir nəfəri yandırıcı məhlullardan, bir nəfəri allergik reaksiyalardan, 9 nəfəri fosfor üzvi birləşmələrindən, bir nəfəri anafilaktik şokdan, yeddi nəfəri tüstüdən, beş nəfəri isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, üç nəfərin (2 kişi və 1 qadın) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv