Zelenskinin ətrafı Yermakı işdən çıxarmaq üçün xüsusi çat yaradıbmış

Zelenskinin ətrafı Yermakı işdən çıxarmaq üçün xüsusi çat yaradıbmış






presstv

"Presstv"az #Audi, #Hakim, #Ukrayna, #Vəzifə, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukraynada yüksəkvəzifəli hökumət rəsmiləri Andrey Yermakı Volodimir Zelenskinin ofisinin rəhbəri vəzifəsindən azad etdirmək üçün plan qurubmuşlar. Bu məqsədlə xüsusi çat yaradılıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Ukrainskaya pravda” nəşri məlumat verib.

Nəşrin məlumatına görə, gizli “inqilabi çat”da hakim komandanın nüfuzlu üzvləri Yermaka qarşı öz hərəkətlərini əlaqələndiriblər. Bu çatın iştirakçılarının tam dairəsi hələ ki müəyyən edilməyib.

“Zelenskinin ofisindən şənbə günü çəkilmiş şəkillərdə onun sağındakı boş kreslodan daha sevindirici bir şey yoxdur”, – deyə yüksəkvəzifəli məmurlardan biri Yermakın istefasından sonra bu çatda yazıb.

“Yermakın istefası artıq qaçılmaz bir reallıq idi. O, sadəcə, hamını özünə qarşı birləşdirdi”, – deyə çatın digər həmsöhbəti bildirib və əlavə edib ki, “boş kreslo” barəsində paylaşım indiyə qədər ən çox bəyənmə alıb.

Nəşrin mənbələrinin məlumatına görə, 28 noyabrda Yermakın ofisində aparılan axtarışlardan əvvəlki iki həftə ərzində Ali Radanın spikeri Ruslan Stefançuk, rəqəmsal transformasiya və müdafiə nazirləri Mixail Fyodorov və Denis Şmıqal, hətta Yermakın müavini Oleq Tatarov da Zelenskinin ofisinin rəhbərinin istefasında israr ediblər. Lakin Zelenski yalnız axtarışlardan sonra Yermakı işdən çıxarmaq qərarına gəlib. Ofis rəhbərinin istefasını elan edən videomüraciətin hazırlanmasında kömək üçün Zelenski Fyodorovu dəvət edib. Müraciət 28 noyabr axşamı yayımlanıb və elə həmin vaxt Yermakın işdən çıxarılması ilə bağlı fərman da ortaya çıxıb.

“Bunun qaçılmaz olması faktı üstünlük təşkil edirdi. Və bunu xalq deputatlarından tutmuş təhlükəsizlik qüvvələrinə, cəmiyyətdən tutmuş və əsas beynəlxalq tərəfdaşlara qədər hamı dəstəkləyir”, – deyə mənbə “Ukrainskaya pravda”ya bildirib.

Nəşr, həmçinin yazır ki, ofis rəhbəri olduğu bütün müddət ərzində Yermak diqqətini mümkün qədər çox öz adamlarını müxtəlif vəzifələrə təyin etmək üzərində cəmləyib. Lakin kritik məqamda Yermakın karyerasının inkişafına kömək etdiyi şəxslərdən heç biri onun müdafiəsinə qalxmayıb.

Yermakdan istefa ərizəsini yazması istənildikdə o, Zelenskiyə qarşı təhqirlər, qınaqlar və ittihamlarla dolu yarım saatlıq isterik nitq söyləyib.

“Yermak sonuna qədər inanmırdı ki, Zelenski onu işdən çıxaracaq. Üstəlik də bu şəkildə – fakt qarşısında qoyaraq. Deyildiyinə görə, onu ən çox özündən çıxaran məqam məhz Zelenskinin onu “tərk etməsi” olub”, – deyə Yermakın yaxın ətrafından olan şəxs qeyd edib.

“Ayrılıq dəhşətli idi”, – deyə başqa bir məmur əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv