Hikmət Hacıyev: “Azərbaycan yeni data mərkəzi olmaq üçün bütün üstünlüklərə malikdir”

Hikmət Hacıyev: “Azərbaycan yeni data mərkəzi olmaq üçün bütün üstünlüklərə malikdir”






presstv

"Presstv"az #Avropa, #Avropa Komissiyası, #Azərbaycan, #Bakı, #Günəş, #Hikmət Hacıyev, #İlham Əliyev, #Nəqliyyat, #Prezident Administrasiyası, #Süni intellekt, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Avropa İttifaqı 2024-cü ildə Cənub Qaz Dəhlizi vasitəsilə, təxminən, 11.7 milyard kubmetr Azərbaycan qazı idxal edib, bu da 2021-ci ildəki səkkiz milyard kubmetrdən artıqdır. 2022-ci il razılaşması, infrastruktur və müqavilələr imkan verərsə, həcmin 2027-ci ilə qədər ən azı 16 milyard kubmetrə çatacağını nəzərdə tutur”.

presstvaz xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “EU Today”ə müsahibəsində Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıqdan danışarkən deyib.

“Avropa Komissiyası qeyd edir ki, SOCAR hazırda 12 ölkəyə qaz tədarük edir ki, bunun da səkkizi Aİ üzvüdür. Trans-Adriatik Boru Kəmərinin və əlaqəli infrastrukturun daha da genişləndirilməsi isə Avropa tərəfindən həqiqi maraq və uzunmüddətli müqavilə öhdəlikləri olduğu təqdirdə mümkün olacaq”, – H.Hacıyev bildirib.

Azərbaycan Prezidentinin köməkçisi, xüsusilə bərpaolunan enerji mənbələrinə diqqət çəkib:

“Azərbaycanın Energetika Nazirliyi ölkənin bərpaolunan enerji potensialını quruda, təxminən, 135 GVt, Xəzər dənizində 157 GVt olaraq hesablayıb. Prezident İlham Əliyev 2030-cu ilə qədər, təxminən, 6 GVt bərpaolunan enerji gücü – Günəş, külək və hidroenerji – hədəfini elan edib, artıq təxminən, 10 GVt-lıq layihələri əhatə edən müqavilələr və memorandumlar imzalanıb. 2030-cu ilə qədər Azərbaycan 6 GVt bərpaolunan elektrik enerjisi istehsal etmək gücündə olacaq. Bu isə daha çox qazın Avropaya ixracı üçün sərbəst buraxılmasına imkan verəcək”.

O bu proqnozlaşdırılan gücü Avropanın rəqəmsal və süni intellekt məqsədləri ilə əlaqələndirib və bildirib ki, elektrik enerjisi təchizatı Aİ daxilində data mərkəzlərinin böyüməsini məhdudlaşdıracaq.

“Avropanın yeni tərəfdaşlara ehtiyacı var”, – deyən H.Hacıyev Azərbaycanı Mərkəzi Asiyadan Avropaya data daşıyan “rəqəmsal İpək Yolu” daxilində gələcək regional mərkəz kimi təqdim edib.

“Bakı bir neçə ildir, nəqliyyat və enerji layihələri ilə yanaşı, optik lifli təşəbbüsləri və data dəhlizi konsepsiyalarını təbliğ edir. Müqayisədə ucuz elektrik enerjisi və ölkənin şimal bölgələrində münasib iqlim şəraiti nəzərə alınarsa, Azərbaycan qlobal rəqəmsallaşdırma konsepsiyasında yeni data mərkəzi olmaq üçün bütün üstünlüklərə və şərtlərə malikdir”, – H.Hacıyev vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv