Səfərbərlik Xidmətinin zabitinin kassasiya şikayəti geri götürülüb

Səfərbərlik Xidmətinin zabitinin kassasiya şikayəti geri götürülüb






presstv

"Presstv"az #Ali Məhkəmə, #Audi, #Bakı, #Bakı Hərbi Məhkəməsi, #Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, #Hakim, #Müharibə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ali Məhkəmədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nizami Rayon İdarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Hümbət Nəbiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayətinin geri götürüldüyü elan olunub.

Məhkəmə kassasiya şikayətinin qaytarılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Hümbət Nəbiyevi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

İttihama görə, o, qeyd olunan vəzifədə işləyərkən vətəndaşdan müvəqqəti olaraq möhlət hüququnun verilməsi, həmçinin dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim olunması müqabilində rüşvət tələb edib.

Hümbət Nəbiyev Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətə azadlıqdan məhrum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv