“ChatGPT”də reklam funksiyası əlavə oluna bilər

“ChatGPT”də reklam funksiyası əlavə oluna bilər






presstv

"Presstv"az #ABŞ, #Audi, #ChatGPT, #Hindistan, #OpenAI, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Android üçün “ChatGPT” mobil tətbiqinin beta versiyasında reklam göstərilməsi mexanizmlərinin hazırlanmasına işarə edən kod aşkar edilib.

presstvaz bu barədə “Bleeping Computer” nəşrinə istinadən xəbər verir.

Beta versiyada “axtarış reklamları” və “reklam karuseli” kimi funksiyalara birbaşa istinadlar tapılıb. Bu, internet iqtisadiyyatını ciddi şəkildə dəyişə bilər, çünki indiyədək “OpenAI”nin çat-botu demək olar ki, bannerlərdən tam azad idi.

Güman edilir ki, ilkin mərhələdə reklam modulları yalnız axtarış funksiyalarına inteqrasiya olunacaq, lakin gələcəkdə bu, süni intellekt ilə digər qarşılıqlı əlaqə növlərinə də şamil oluna bilər.

Son məlumatlara əsasən, hər həftə təxminən 800 milyon insan “ChatGPT”dən istifadə edir, gündəlik sorğu sayı isə təxminən 2.5 milyarddır. Ən böyük istifadəçi bazasına malik ölkə Hindistandır və o, bu göstəricidə ABŞ-ni geridə qoyub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv