Sovet dövrünün kasetlərindən avtomobil detallarına qədər: Sabunçu “bit bazarı”ndan REPORTAJ

Sovet dövrünün kasetlərindən avtomobil detallarına qədər: Sabunçu “bit bazarı”ndan REPORTAJ






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobil ehtiyat hissələri, #Sabunçu rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sabunçu rayonunda yerləşən və “bit bazarı” kimi tanınan bazar həftəsonları fəaliyyət göstərir. Bura əsasən köhnə, işlənmiş və ikinci əl məhsullar axtaranların üz tutduğu məkan kimi tanınır.

Satıcılar bildirirlər ki, bu bazarda demək olar ki, hər şey satılır – xırdavat əşyalar, qab-qacaq, məişət ləvazimatları, müxtəlif alətlər, köhnə sovet dövrünə aid əşyalar və hətta heyvanlar belə. Bəziləri hətta burada öz hazırladıqları məhsulları da satışa çıxarırlar.

Bazarın alıcıları isə deyirlər ki, buraya konkret nəsə almaq üçün yox, daha çox “baxım, xoşuma gələn olsa alaram” düşüncəsi ilə gəlirlər. Çoxları illər əvvəl mağazalarda olmayan, artıq istehsaldan çıxmış və ya nadir tapılan əşyaları məhz bu bazardan əldə etdiklərini deyirlər. Avtomobil ehtiyat hissələri, köhnə kasetlər, sovet dövründən qalmış kolleksiya əşyaları buna nümunədir.

Satıcılar deyirlər ki, bazarda həm köhnə, həm də işlənmiş, amma keyfiyyətli və istifadəyə yararlı məhsullar var. Bəzi alıcılar meyvə-tərəvəz satan köşklərin də olmasına təəccüblənsələr də, təchizatçılar bunun adi hal olduğunu, bazarda “bitdən başqa hər şeyin” tapıldığını vurğulayırlar.

Ümumilikdə, Sabunçu “bit bazarı” hər həftəsonu müxtəlif və fərqli məhsullar axtaranların diqqətini çəkir və hələ də özünəməxsus atmosferi ilə seçilir.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv