“NFC” ödəniş sistəmi ilə metrodan limitsiz pulsuz keçmək olur? – VİDEO

“NFC” ödəniş sistəmi ilə metrodan limitsiz pulsuz keçmək olur? – VİDEO






presstv

"Presstv"az #Avto, #Bakı, #Bakı Metropoliteni

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sistemdə boşluq var və limitsiz pulsuz gediş əldə etmək mümkündür. Bu cür elanlar sosial şəbəkədə paylaşılıb.

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, bildirilib ki, metroda bank kartları ilə limitsiz, heç bir ödəniş olmadan keçmək mümkündür. Bunun mümkünlüyünü isə  NFC ödənişi zamanı sistemdə kodlaşdırma xətasının olması ilə əlaqələndirib. Şərhlərdə də bunu dəstəkləyən xeyli fikir səsləndirilib.

Bəs bank kartından istifadə zamanı kartda pul olmadan keçmək mümkündür?

Vətəndaşlar bildirirlər ki, kartda pul olmadığı halda, “NFC” sistəmi ilə ödəniş zamanı 1 və ya 2 pulsuz keçid imkanı olur.

İKT ekspertləri bildirirlər ki, bütün sistemlərdə boşluqlar, yəni alqoritmdə kodlaşdırma xətaları, səhvlər ola bilər. Yəni, hər hansı bir sistem hazırlandıqdan sonra onda xəta baş verə bilər ki, bu səhvlərdən də sui-istifadə halları qaçılmaz olur.

Ekspert qeyd edib ki, eyni kartla bir neçə dəfə uğursuz ödəniş edilirsə, sistem tərəfindən bu  riskli davranış kimi qəbul edilir. Nəticədə həm bank, həm də metro sistemi kartı bloklaya bilər. “Bakı Metropoliteni”ndə kritik səviyyədə kibertəhlükəsizlik boşluğu yoxdur. Bu sadəcə sistemin iş mexanizminin yanlış anlaşılmasından yarana bilər.

Məsələ ilə bağlı Bakı Metropolitenindən XəzərXəbərə bildirildi ki, NFC-dən istifadə zamanı bank kartlarında balans olmasa belə, sərnişinlərə birdəfəlik keçid imkanı veriləcək. Lakin balans artırılmasa, kartla ödəniş avtomatik bloklanacaq.

Daha ətraflı videomaterialı təqdim edirik.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv