İstilik xərclərinə 50% qənaət təmin edən "skoç" taktikası

İstilik xərclərinə 50% qənaət təmin edən "skoç" taktikası






presstv

"Presstv"az #ABŞ, #Dollar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qışın yaxınlaşması ilə birlikdə milyonlarla evdə kombilər yenidən işə düşüb. ABŞ-li bir kontent istehsalçısının paylaşdığı sadə üsul sosial mediada geniş marağa səbəb olub. Onun sözlərinə görə, evdə yalnız yaplşqan lentdən istifadə etməklə istilik itkisini azaltmaq mümkündür və bu üsul xüsusilə köhnə pəncərələrdə daha effektivdir.

presstvaz xəbər verir ki, mütəxəssislərin fikrincə, evlərdə istilik itkisinə səbəb olan əsas mənbələr pəncərə və qapı ətrafındakı kiçik boşluqlardır. Zaman keçdikcə həm plastik (pimapen), həm də taxta pəncərələrdə contalar boşalır və hava sızması yaranır. Bu isə həm evin isinməsini çətinləşdirir, həm də artıq enerji sərfiyyatına səbəb olur.

ABŞ-də enerji qənaəti ilə bağlı kontent hazırlayan Bradley On A Budget adlı yaradıcı, evində istilik itkisini yapışqan lent üsulu ilə yarıbayarı azaltdığını bildirib. Onun sözlərinə görə, bu sadə üsul nəticəsində 40 dollarlıq elektrik xərci nəzərəçarpacaq dərəcədə aşağı düşüb və bütün prosesin dəyəri cəmi “bir neçə qəpik” olub.

Paylaşılan üsula əsasən, pəncərənin çərçivəsi ilə divar arasındakı boşluqlar geniş yapışqan lent ilə bir neçə qat yapışdırılaraq bağlanır. Lentin səthə möhkəm yapışdırılması xaricdən daxil olan soyuq havanı kəsir və otağın temperaturunun daha stabil qalmasını təmin edir.

Bu üsul xüsusilə:

  • Köhnə taxta pəncərələrdə
  • Contası boşalmış pimapen çərçivələrdə
  • Balkon qapılarında

daha yüksək effekt göstərir. Soyuq havanın qarşısı alındığı üçün daxildəki isti hava da kənara çıxmır və kombinin iş yükü azalır.

Bu üsulun yeganə mənfi tərəfi pəncərə kənarında görünən lent izləridir. Buna görə görüntüyə xüsusi önəm verən şəxslər tətbiq etməkdə tərəddüd edə bilər. Lakin mütəxəssislər bildirirlər ki, enerji qənaəti baxımından üsul son dərəcə məntiqlidir və xüsusilə soyuq şəhərlərdə qısa müddətdə effekt verir.

Koli bandının digər müsbət təsiri qış aylarında tez-tez rast gəlinən pəncərə buğulanmasının azalmasıdır. Çünki boşluqlar bağlandıqda soyuq hava axını kəsilir və şüşə səthində əmələ gələn yoğuşma da azalır.

Cəmi bir neçə dəqiqəyə tətbiq edilən bu üsul evdə istilik itkisini azaltmaq istəyənlər üçün həm iqtisadi, həm də təsirli bir həll kimi ön plana çıxır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv