Saat formasında disk hazırlandı – FOTO

Saat formasında disk hazırlandı – FOTO






presstv

"Presstv"az #Almaniya, #Avto

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Rolls Royce" bu dəfə qeyri adi səbəbdən diqqət mərkəzinə düşüb.

presstvaz xəbər verir ki, Almaniyalı sənətkar Klaus Koenigsallee öz "Phantom VIII Series II" modelini daha da gözə çarpan etmək üçün avtomobilin üzərində "Rolex Submariner" saatının çərçivəsini xatırladan xüsusi disklər quraşdırıb.

Məlumata görə, modifikasiya məşhur "Novitec" atelyesi tərəfindən həyata keçirilib. Şirkət təsdiqləyib ki, hər bir disk SP3 seriyalı baza təkər dəstinin üzərində hazırlanıb və "Submariner" modelinə xas olan iri işarələr, relyefli kənar forması və birbaşa dalğıc saatlarını xatırladan dizayn elementləri ilə tamamlanıb.

Disklərin mərkəzində "Klaus" yazısı, eləcə də alman dilində "Königsalleedə sevimli zərgəriniz" ifadəsi yer alır. Bu, Düsseldorfun məşhur lüks alış veriş küçəsinə işarədir.

Qeyd edək ki, avtomobil əvvəllər iri gümüşü SP3 disklərlə diqqət çəkirdi. Lakin yeni görünüşü ilə Rolls Royce artıq sadəcə zəriflik deyil, həm də sahibinin bahalı saatlara olan xüsusi sevgisini nümayiş etdirən bir reklam lövhəsinə çevrilib.

Avto istehsalçıları ilə saat brendlərinin əməkdaşlığı yeni deyil. Lakin ilk dəfədir ki, məşhur saat modelinin üzü bu qədər açıq şəkildə bir avtomobilin xarici görünüşündə istifadə olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv