Azərbaycanda bu məhsul kəskin BAHALAŞDI – VİDEO

Azərbaycanda bu məhsul kəskin BAHALAŞDI – VİDEO






presstv

"Presstv"az #Qiymət artımı, #Şəki

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kənd yumurtası bahalaşıb…

presstvaz Xəzər TV-yə istinadən bildirir ki, İsmayıllı bazarında hazırda bir ədəd kənd yumurtası 40 qəpiyə satılır. Satıcıların sözlərinə görə, onlar yumurtanı kənd sakinlərindən 35 qəpiyə alırlar və cəmi 5 qəpik qazanc əldə edirlər.

Kəndlilər qiymət artımını istehsal xərclərinin çoxalması ilə əlaqələndirirlər. Bildirilir ki, toyuqlar üçün alınan arpa və digər yem məhsullarının qiyməti yüksəldiyindən yumurtanın da qiyməti artır. Digər səbəb isə kənd yumurtasının qış aylarında az olmasıdır.

Alıcılar isə qiymət yüksək olsa da, kənd yumurtasına üstünlük verdiklərini deyirlər.

Şəkidə isə kənd toyuğu yumurtasının qiyməti iki dəfə artaraq 50 qəpik olub, bununla yanaşı bazarlarda kənd yumurtası tapmaq da olmur.

Paytaxt bazarlarında da kənd yumurtasını tapmaq müşkülə çevrilib.

Daha ətraflı videomaterialı təqdim edirik.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv