“Airbus” təyyarələrində yaranan nasazlıq Roma Papasına da təsir etdi

“Airbus” təyyarələrində yaranan nasazlıq Roma Papasına da təsir etdi






presstv

"Presstv"az #Audi, #Günəş, #Livan, #Roma Papası, #təyyarə, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Roma Papası XIV Leonun xarici səfərlərini həyata keçirdiyi “Airbus A320” təyyarəsi aşkar edilən texniki problem səbəbindən modifikasiya edilməlidir.

presstvaz xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti nasazlığı aradan qaldırmaq üçün lazım olan detalın – monitorun artıq Romadan gətirildiyini bildirib.

Təyyarə pontifikin noyabr 27-də Türkiyəyə səfəri üçün istifadə olunub. Bundan əlavə, o, noyabrın 30-da eyni təyyarə ilə Livana gedərək Roma Papası kimi ilk xarici səfərini başa vuracaq. Vatikan nümayəndə heyətinin Romaya qayıtması dekabrın 2-nə planlaşdırılır.

Qeyd edək ki, “Airbus” şirkətinin “A320” seriyasının bütün proqram təminatını təcili olaraq yenilədiyi məlum olub. Bunun səbəbi günəşdəki partlayışların təhlükəsiz uçuş idarəetməsi üçün lazım olan avadanlığa zərərli təsiri ilə bağlı problemin yaranmasıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv