“Çelsi” klubunda qalmaqal – Keçmiş əməkdaşı klubdan külli miqdarda pul oğurlayıb

“Çelsi” klubunda qalmaqal – Keçmiş əməkdaşı klubdan külli miqdarda pul oğurlayıb






presstv

"Presstv"az #Audi, #Hakim, #İngiltərə, #Vəzifə, #Vəzifə səlahiyyətlərindən sui-istifadə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İngiltərənin “Çelsi” klubunda ciddi maliyyə qalmaqalı baş verib.

presstvaz “Goal” nəşrinə istinadən xəbər verir ki, klubun keçmiş əməkdaşı, xəzinədarlıq menecerinin assistenti vəzifəsində çalışmış Kler Uolş hakim qarşısına çıxıb.

39 yaşlı qadın 2019-2023-cü illər arasında vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dələduzluqda ittiham olunduğu Vestminster Maqistrates Məhkəməsində ifadə verib.

İstintaq materiallarına görə, Uolş 2019-cu ilin iyunundan 2023-cü ilin oktyabrına qədər qanunsuz olaraq 208 521 funt sterlinq məbləğində pul vəsaitini mənimsəyib.

Britaniya qanunvericiliyinə görə, etimaddan sui-istifadə yolu ilə törədilən bu tip dələduzluq 10 ilədək həbs cəzası ilə nəticələnə bilər.

Hazırda qadın azadlığa buraxılıb və növbəti məhkəmə iclası daha sonra elan olunacaq.

Çelsi klubunda qalmaqal - Keçmiş əməkdaşı klubdan külli miqdarda pul oğurlayıb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv