Bayraq Meydanında “Mustang”la avtoşluq edən biznesmen HƏBS OLUNDU

Bayraq Meydanında “Mustang”la avtoşluq edən biznesmen HƏBS OLUNDU






presstv

"Presstv"az #Audi, #Avto, #Avtoxuliqanlıq, #Bakı, #Hadisə, #İnzibati Xətalar Məcəlləsi, #Nəqliyyat, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda avtoxuliqanlıq edən iş adamı həbs olunub.

presstvaz Lent.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Səbail rayonu, Bayraq Meydanında qeydə alınıb.

Paytaxtda şirkətlərdən birinin direktoru olan 37 yaşlı Samir Muradov (adı və soyadı şərtidir) özünə məxsus “Ford Mustang” avtomobili ilə avtoxuliqanlıq edib. Bu zaman xidmətdə olan yol polisi əməkdaşları ona yaxınlaşaraq, irad bildiriblər. Törətdiyi pozuntu ilə bağlı ona protokol tərtib olunduğu zaman isə sürücü avtomobildən düşərək qaçıb.

Maşın duracağa yerləşdirilib. Törətdiyi yol hərəkəti qaydasının pozuntusuna görə Samir Muradov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.2.3-cü (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib olunub.

Səbail Rayon Məhkəməsinin qərarı ilə o, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati qaydada həbs olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv