AQTA səkkiz ölkədən ət idxalına müvəqqəti məhdudiyyət tətbiq etdi

AQTA səkkiz ölkədən ət idxalına müvəqqəti məhdudiyyət tətbiq etdi






presstv

"Presstv"az #Audi, #Belçika, #Böyük Britaniy, #Böyük Britaniya, #Niderland, #Polşa, #Qrip, #Quş qripi, #Sağlamlıq, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlərə başlayıb.

presstvaz xəbər verir ki, AQTA bir sıra bölgələrdən idxala zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyət qoyub.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) yaydığı rəsmi məlumatlara əsasən, bir neçə ölkədə müxtəlif yoluxucu heyvan xəstəlikləri aşkarlanıb. Belə ki, Türkiyənin Biləcik vilayətində dabaq, Kiprin Larnaka rayonunda blutanq, Polşanın Varminsk-Mazursk inzibati ərazisində Nyukasl xəstəliyi qeydə alınıb. Bununla yanaşı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şimali İrlandiyanın Ards və Şimali Daun dairəsində, Polşanın Opolsk inzibati ərazisində, İrlandiyanın Monahan və Liş kantonlarında, Belçikanın Valoniya regionunda, eləcə də Niderlandın Zelandiya əyalətində yüksək patogen quş qripi müəyyən edilib.

Respublika ərazisinin sözügedən xəstəliklərdən qorunması məqsədilə həmin bölgələrdən idxala zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyət tətbiq edilib. Qida Təhlükəsizliyi Agentliyi qərarın ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq qəbul edildiyini açıqlayıb.

Müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə də müraciət olunub.

AQTA səkkiz ölkədən ət idxalına müvəqqəti məhdudiyyət tətbiq etdi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv