“Satılmayan məhsulları “Qara cümə” adı ilə satırlar” – Azərbaycanda “Black friday” endirimləri nə qədər doğrudur?

“Satılmayan məhsulları “Qara cümə” adı ilə satırlar” – Azərbaycanda “Black friday” endirimləri nə qədər doğrudur?






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qara cümə” (“Black friday”) Amerika Birləşmiş Ştatlarında noyabr ayının sonuncu cümə günü, Şükran Günündən sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Həmin gün bir çox mağazada yüksək səviyyədə təşkil olunan endirimlər təqdim edilir. Məşhur şirkətlər öz məhsullarını 80%-ə qədər güzəştlərlə satırlar.

Azərbaycanda isə “Qara cümə” ərəfəsində ya endirimlər az olur, ya da endirim varmış kimi qələmə verilir. Vətəndaşlar daha çox köhnə, çoxdan qalan malların endirimə çıxarılmasından narazıdırlar.

Buna baxmayaraq, endirim dövrü ilə bağlı müsbət fikirlər də var. Sakinlərdən biri bildirib:

“Belə deyək, yararlı endirimlər də olur. Məsələn, lazımlı məhsullara da güzəştlər tətbiq edilir, ona görə də müştəri axını çoxdur”.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli öz fikirlərini bölüşüb. O, istehlakçıların aldadılmaması üçün sahibkarları rəqabət qaydalarına riayət etməyə çağırıb:

“Burada əsas məqam ondan ibarətdir ki, “Qara cümə” zamanı vətəndaşların aldadılması prosesi olmasın, sahibkarlar Rəqabət Məcəlləsindəki tələblərə uyğun olaraq, yalan mesajlar verməsinlər”.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv