3 min insanın nə yeyib-içdiyini illərlə izlədilər – Ürəyi yormayan qidalar açıqlandı

3 min insanın nə yeyib-içdiyini illərlə izlədilər – Ürəyi yormayan qidalar açıqlandı






presstv

"Presstv"az #Araşdırma, #Avropa, #London, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya və Avropa alimləri apardıqları uzunmüddətli tədqiqat nəticəsində sübut ediblər ki, gündəlik qidalanmada çay, qəhvə, giləmeyvə, qoz-fındıq, kakao, tam taxıllar və zeytun yağı kimi məhsulların olması ürək sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.

presstvaz xəbər verir ki, araşdırma London Kral Kollecinin alimləri tərəfindən həyata keçirilib və "BMC Medicine" jurnalında dərc olunub.

On ildən çox müddət ərzində "TwinsUK" əkizlər kohortasında 3,1 mindən çox iştirakçı izlənilib. Polifenollarla zəngin qida rasionu ilə qidalananlarda arterial təzyiq və xolesterol səviyyələri daha stabilləşib, nəticədə ürək-damar xəstəlikləri riski azalıb. Bu araşdırmada ilk dəfə polifenolların parçalanması zamanı əmələ gələn metabolitlərin sidikdə səviyyəsi ilə ürək sağlamlığı göstəriciləri bir-birinə uyğunlaşdırılıb. Metabolitlərin, xüsusilə flavonoid və fenol turşularının yüksək olması "yaxşı" xolesterol səviyyəsinin yüksəlməsinə və ürək-damar xəstəlikləri riskinin azalmasına səbəb olub.

Professor Ana Rodriqes-Mateosun sözlərinə görə polifenollarla zəngin pəhrizin uzunmüddətli tətbiqi yaşla əlaqədar ürək-damar riskinin artımını əhəmiyyətli dərəcədə ləngidə bilər. Hətta kiçik, amma davamlı dəyişikliklər, məsələn, daha çox giləmeyvə, qoz-fındıq və ya çay istehlakı ciddi fayda verə bilər.

Araşdırmanın aparıcı müəllifi doktor Yun Li isə bildirib ki, bu yanaşma sadə və əksər insanlar üçün əlçatandır, çünki gündəlik qidalanma məhsullarına əsaslanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv