İRİA “Astana Hub” Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb

İRİA “Astana Hub” Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb






presstv

"Presstv"az #Astana, #Audi, #Azərbaycan, #Kuba, #Nəqliyyat, #Qazax, #Qazaxıstan, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Qazaxıstanın “Astana Hub” Beynəlxalq Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb. Sənəd iki ölkə arasında innovasiya, sahibkarlıq və startap ekosistemlərinin inkişafı istiqamətində əməkdaşlığı gücləndirməyi, regional innovasiya əlaqələrini genişləndirməyi və qarşılıqlı bilik mübadiləsini dərinləşdirməyi hədəfləyir.

Memoranduma əsasən, İRİA və “Astana Hub” hər iki ölkənin startap ekosisteminin böyüməsi və qarşılıqlı dəstəyi üçün daha sıx əməkdaşlıq edəcək. Məqsəd startaplar üçün bazarlara çıxış və vençur maliyyələşmə imkanlarına əlçatanlığı genişləndirməkdir. “Astana Hub” ilə müvafiq istiqamətlərdə strateji tərəfdaşlıq, bilik və təcrübə mübadiləsi həyata keçiriləcək.

Qeyd edək ki, sənəd, eyni zamanda, Azərbaycan və Qazaxıstan startaplarının iştirakı üçün ortaq inkubasiya və akselerasiya proqramlarının hazırlanması və həyata keçirilməsi imkanlarını nəzərdən keçirir. Startaplar, innovatorlar və ekosistem üzvləri üçün mentorluq, təlim və resurslara çıxışın dəstəklənməsi də tərəflərin əməkdaşlıq çərçivəsində qarşıya qoyduğu məqsədlər arasındadır.

İRİA Astana Hub Texnoparkı ilə Anlaşma Memorandumu imzalayıb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv