Avropa İttifaqından Rusiya ilə bağlı Belçikaya ağır ittiham

Avropa İttifaqından Rusiya ilə bağlı Belçikaya ağır ittiham






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Belçika, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bəzi Avropa İttifaqı (Aİ) ölkələri Belçikanın Rusiya Bankının dondurulmuş aktivlərindən istifadə etdiyindən və bu səbəbdən də aktivləri Ukraynaya verməyi təxirə saldığından şübhələnir.

presstvaz-ın xəbərinə görə, bu barədə “Politico” nəşri Avropa diplomatik mənbələrinə istinadən məlumat verib.

Məlumata görə, müxtəlif Avropa ölkələrindən olan beş diplomat narazılığını bildirib ki, Belçika, böyük ehtimalla, Rusiya aktivlərini saxlamaqla ikinci dərəcəli məqsədlər güdür. Məqalədə bildirildiyinə görə, onlar qeyd ediblər ki, Belçika ötən il qəbul edilmiş beynəlxalq öhdəliyi pozur və bu vəsaitlərdən necə istifadə etdiyini açıqlamır.

Diplomatlar bildiriblər ki, pul vəsaitləri hələ də Belçika dövlət büdcəsinə köçürülür və bu da Belçikanın Ukrayna qarşısında öhdəliklərini tam yerinə yetirib-yeritirmədiyini müəyyən etməyi qeyri-mümkün edir. Eyni zamanda, Brüssel hər hansı qanunazid hərəkət etdiyini qəti şəkildə inkar edir. Rusiya aktivləri Brüsselin “Euroclear” depozitariyasında saxlanıldığı üçün Belçika hökuməti bu aktivlər üzrə faizlərdən əldə edilən gəlirlərə 25% vergi tətbiq edir. 2025-ci ildə bu gəlirlər təxminən bir milyard avro dəyərində qiymətləndirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv