Ermənistan XİN “3+3” formatında növbəti görüşün vaxtı və yeri barədə açıqlama yayıb

Ermənistan XİN “3+3” formatında növbəti görüşün vaxtı və yeri barədə açıqlama yayıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Ermənistan, #Gürcüstan, #İran, #İrəvan, #İstanbul, #Rusiya, #Rusiya XİN, #Tehran, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“3+3” formatında növbəti görüşün vaxtı və yeri hələ müəyyənləşməyib.

presstvaz xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) “Sputnik Ermənistan”ın yazılı sorğusuna cavabında deyilir.

Xəbərdə bildirilir ki, iclasın təşkili bir neçə aydır, müzakirə olunur. İştirakçı ölkələr görüşün İrəvan və ya Bakıda keçirilməsi variantlarını nəzərdən keçirirlər.

Nazirlik xatırladıb ki, əvvəlki görüşün yekunları üzrə regional məsləhət platformasının iştirakçıları növbəti iki görüşün İrəvan və Bakıda keçirilməsinin vacibliyini önə çəkiblər. Bildirilir ki, qarşılıqlı anlaşma əsasında diplomatik kanallar vasitəsilə növbəti görüşün tarixini və yerini müəyyən etmək barədə razılığa gəlinib.

“Bu sahədə konstruktiv müzakirələr davam edir”, – XİN-dən bildirlilib.

Bundan əvvəl Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bəyan etmişdi ki, Moskva növbəti görüşün təşkili ilə bağlı İrəvan və Bakı arasında operativ razılığın əldə olunmasını gözləyir.

Xatırladaq ki, “3+3” platformasına Azərbaycan, Ermənistan, Gürcüstan, habelə Türkiyə, Rusiya və İran daxildir. Gürcüstan hələ ki, görüşlərdə iştirak etmir, lakin digər iştirakçılar Tbilisi üçün qapıların açıq qaldığını dəfələrlə vurğulayıblar. Əvvəlki üç görüş ardıcıl olaraq Moskva, Tehran və İstanbulda keçirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv