Anar Əliyev: “2018-ci ildən bəri ortaaylıq əməkhaqqı iki dəfə artıb”

Anar Əliyev: “2018-ci ildən bəri ortaaylıq əməkhaqqı iki dəfə artıb”






presstv

"Presstv"az #Anar Əliyev, #Azərbaycan, #Bakı, #Minimum əməkhaqqı, #Ortaaylıq əməkhaqqı, #Sosial ödənişlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ölkəmizin qarşıdan gələn onilliklərdə uğurunun ən başlıca təminatçısı bugünkü gənclərdir. Onların yaradıcılıq potensialı, yenilikçi düşüncəsi və dəyişən dünyaya sürətli adaptasiya qabiliyyəti yeni iqtisadi modelin qurulmasında həlledici rol oynayacaq”.

presstvaz xəbər verir ki, bu fikirləri Bakıda ilk dəfə keçirilən Gələcəyin Peşələri Sammitində əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O bildirib ki, 2018-ci ildən etibarən dörd milyon insanı əhatə edən beş sosial islahat paketi həyata keçirilib:

“Bu islahatların illik əlavə maliyyə yükü 7.6 milyard manat təşkil edir. Bu dövrdə əmək müqavilələrinin sayı 44% artaraq 1.9 milyona çatıb, sosial rifahın ən bariz göstəricilərindən biri olan əməkhaqqı fondu isə 3.2 dəfə artıb.

Eyni zamanda, minimum əməkhaqqı 3.1 dəfə artaraq 400 manata, ortaaylıq əməkhaqqı isə iki dəfə artaraq 1 088 manata çatıb.

Bununla yanaşı, sosial ödənişlər sahəsində aparılan islahatların nəticəsi olaraq minimum pensiya 2.9 dəfə artaraq 320 manata, ortaaylıq pensiya isə 2.6 dəfə artaraq 540 manata yüksəlib”.

Nazir əlavə edib ki, əhaliyə ödənilən müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə ödənişlərin həcmi bu dövr ərzində beş dəfə artıb:

“MDB ölkələri ilə müqayisədə alıcılıq qabiliyyəti pariteti üzrə ölkəmiz minimum pensiyada birinci, minimum əməkhaqqı və ortaaylıq pensiya üzrə isə ikinci yerdə qərarlaşıb”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv