Trans-Atlantik reys bir notbuka görə pozulub

Trans-Atlantik reys bir notbuka görə pozulub






presstv

"Presstv"az #ABŞ, #Audi, #Hadisə, #London, #təyyarə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin “United Airlines” aviaşirkətinin trans-Atlantik reysi “biznes” sinif sərnişininin notbukuna görə pozulub.

presstvaz “The Standard”a istinadla xəbər verir ki, hadisə noyabrın 19-da Londondan Vaşinqtona uçan təyyarədə baş verib, lakin bu barədə yalnız indi məlum olub.

Təyyarə havaya qalxandan, təxminən, iki saat sonra “biznes” sinif sərnişinlərindən birinin qadceti oturacaqla divar arasında sıxışıb qalıb. Cihazın yaratdığı təhlükə səbəbindən pilotlar İrlandiyanın Dublin şəhərində planlaşdırılmamış eniş etməli olublar.

Texniki xidmət işçiləri notbuku çıxararaq yoxlayıblar. İçərisində 100 sərnişin və 10 heyət üzvü olan təyyarə uçuşunu davam etdirərək beş saat gecikmə ilə Vaşinqtona çatıb.

Məsələ bundadır ki, notbuklardakı litium-ion akkumulyatorlar təyyarələr üçün təhlükəlidir, çünki zədələnmiş, həddindən artıq qızmış və ya nasaz cihazlar yanğına səbəb ola bilər. Odur ki, trans-Atlantik reyslərdə litium akkumulyatorlu cihazın oturacaqda sıxışıb qalması kimi hallarda marşrutun dəyişdirilməsi və planlaşdırılmamış eniş standart prosedur hesab edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv